Deməli, dünənki yazım bir çoxlarına elə toxunub ki, hələ də təsirindən çıxa bilmirlər.
Heftelik.az xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev bəzi blogerləri tənqid edərkən bildirib.
O qeyd edib ki, hələ də “İnstagram” hesabı ilə “adam” olub cəmiyyət arasına çıxanlar var:
“Ağlınızı yığın başınıza. Bir qarın yeməyə görə restoranlarda rolik çəkdirən, açılışlarda gedib qapı arxasında dayananlar, özünüzü bizimlə səhv salmayın. Biz sizin kimi restoranlarda bir qarın yeməyə, konsertlərdə bambıllıq etməyə getməmişik. Ağıllı olun – siz də, sizin şampuna ehtiyacı olanlarınız da. Gedin öz dərdinizlə məşğul olun. Sabah “İnstagram” bağlansa, ac qalacaqsınız, ay bədbəxtlər. Nə ərliləriniz bilir, nə də ərsizləriniz.
Bu gün bəzi məmur övladları ilə eşq yaşayanlar, ağzımı açdırmayın. Hansı mənsəbə qulluq etdiyinizi də yaxşı bilirik. Bir ayağınız buradadır, bir ayağınız Dubayda. Ona görə də özünüzü yığışdırın, bizi özünüzlə səhv salmayın.
Bəzi blogerlər üçün bu iş artıq insan alverinin “mədəni” variantına çevrilib. İnfluenser oldular, amma altdan-altdan reklam adı ilə özlərini imkanlı adamların oğlanlarına tərəf yönəltdilər. Elə etməyin ki, sizi ölkə gündəminə çıxaraq.
Hansı işlərdən çıxıb bloger olduğunuzu da unutmamışıq. Bu söz təbii ki, hər kəsə deyil, özünü bilənə aiddir. Qiymətinizi artırmaq üçün burada özünüzü süni şəkildə ağıllı və səviyyəli göstərməyə çalışmayın. Gedin əvvəlcə evinizdəkilərdən muğayat olun.
Yazıq, bədbəxtlər… Şampun paylamaqla, telefon paylamaqla bəziləriniz özünüzü “adam” hesab etdiniz. Elə bilirsiniz, sizə hörmət edirlər? Səhifənizə bot vurmaqdan özünüz də bota oxşayırsınız. Şərhlər bot, layklar bot, zənglər də yalandan.
Elə bilirsiniz tanımırıq kim olduğunuzu, haradan gəldiyinizi? Gedin öz işinizlə məşğul olun. Süpürgəlik edənlər sizin gününüzə qalsınlar.
Allah eləməsin ki, biz də sizin kimi bir qarın çörəyə görə ora-bura möhtac olaq, gecəmiz gündüzümüzə qarışsın. Bizim işimiz də var, peşəmiz də”.