Bakıda “pub”da əxlaqsızlıq edən 3 nəfər həbs olunub.
Heftelik.az Lent.az-a istginadən xəbər verir ki, hadisə Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində yerləşən “pub”da baş verib.
Həmin iaşə müəssisəsində 2 qız və 1 oğlan etdikləri əxlaqsız hərəkətləri videoya çəkərək sosial şəbəkədə paylaşıblar. Buna görə də onlar saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Bundan əlavə, onlar saxlanılarkən tabesizlik göstəriblər və bu səbəbdən barələrində 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddəsi ilə də protokol tərtib edilib.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə 2 oğlan barəsində 1 ay, qız barəsində isə 25 gün müddətinə inzibati həbs cəzası verilib.
