Rayon və şəhər məhkəmələrinin hansı ərazilərdə yaradılması qaydaları müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hər rayonda və şəhərdə yalnız bir rayon məhkəməsi təşkil edilə bilər.
Məhkəmənin yerləşdiyi yer Konstitusiyaya uyğun müəyyən olunur.
Bu qərarlar Məhkəmə-Hüquq Şurasının təklifləri əsasında verilir.
