Bakıda ər və arvad dəm qazından zəhərlənib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Məlumata görə, 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdən dəm qazından zəhərləniblər. R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
