Narkoloji nəzarət sahəsində inzibati tədbirlər sui-istifadə hallarının qarşısını almağa yönəlib.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Bu tədbirlərə narkoloji xəstələrin qeydiyyatı, sərxoşluq hallarının müəyyən edilməsi və qanunsuz maddələrin dövriyyəsinin aşkar edilməsi daxildir. Məcburi müalicə tədbirləri və hüquq pozuntularının qarşısının alınması da bu tədbirlərin tərkib hissəsidir. Narkoloji nəzarət üçün məlumatların qeydiyyatı və izlənməsi vacibdir.
