Narkoloji xəstəliklərin doğurduğu nəticələr dövlət tərəfindən qeydiyyata alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Qeydiyyata cinayətlər, intihar, əlillik, xəsarət, zəhərlənmə və yoluxucu xəstəliklər daxildir. Məlumatlar toplanır, sistemləşdirilir və təhlil edilir. Bütün tibb müəssisələri məlumatları təqdim etməyə borcludur.
