Binalarda kompleks təhlükəsizlik tədbirləri fövqəladə halların qarşısını almağa və nəticələrini minimuma endirməyə yönəlməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Mərkəzi təhlükəsizlik idarəetmə məntəqəsi bütün xidmət və postlarla birbaşa telefon əlaqəsində olmalıdır. Rabitə ikitərəfli audio və digər vasitələrlə təmin edilməlidir. Antiterror texniki vasitələr layihədə nəzərdə tutula bilər.