Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın verəcəyi mesajları açıqlayıb.
Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında deyib ki, mesaj əməkdaşlığa, sülhə istiqamətləndirilib.
“Həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır – əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt – yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır”, – deyə Azərbaycan Prezidenti qeyd edib..
