Narkoloji xəstələrin qeydiyyatı dövlət müəssisələri tərəfindən aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Qeyri-dövlət müəssisələri yalnız qeydiyyatda olan xəstələrə yardım göstərə bilər. Qeydiyyat kateqoriyalara bölünür: alkoqolizm, narkomanlıq, toksikomanlıq və digər sui-istifadə halları. Qeydiyyat məlumatları ümummilli məlumat bankına daxil edilir.
