Türkiyə Super Liqasında XXII turun oyunları davam edir.

Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, “Trabzonspor” öz meydanında “Fənərbaxça” ilə qarşılaşıb.

Matç ev sahibi komandanın üstünlüyü ilə başlayıb. Qara dəniz təmsilçisinin heyətində 6-cı dəqiqədə Ernest Muçi hesabı açıb. Bu qoldan az sonra “sarı-lacivərdlilər” Anderson Taliska ilə hesabı bərabərləşdirib.

34-cü dəqiqədə Kerem Aktürkoğlu “Fənərbaxça”nı önə keçirib. Komandalar fasiləyə Paul Onuaçunun 43-cü dəqiqədə vurduğu qolla 2:2 hesabı ilə yollanıblar.

İkinci hissədə hücumlarını artıran Domeniko Tedeskonun rəhbərliyi altındakı kollektiv Marko Asensionun qolu ilə oyunda son nöqtəni qoyub.

Görüş “Fənərbaxça”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə Super Liqası
XXII tur
15:30. “Gənclərbirliyi” – “Rizəspor” – 2:2
18:00. “Alanyaspor” – “Konyaspor” – 2:1
21:00. “Trabzonspor” – “Fənərbaxça” – 2:3