Dövlət Sərhəd Xidmətinin (DSX) Baş idarəsinin sabiq rəisi, polkovnik Knyaz Qaralov vəfat edib.
Heftelik.az Yeni Sabah-a istinadla xəbər verir ki, vəfat edən polkovnik keçmiş baş prokuror Zakir Qaralovun əmisi oğludur.
Knyaz Qaralov eyni zamanda Milli Məclisin mərhum deputatı, məşhur “91-lər”dən Zahid Qaralovun qardaşı oğludur.
Qeyd edək ki, Knyaz Qaralov uzun illər Dövlət Sərhəd Xidmətində işləyib. Qurumun Şəxsi heyət üzrə Baş idarəsinin rəisi olub. O, bir müddət əvvəl ehtiyata buraxılmışdı.

