Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunub.
Heftelik.az Unikal-a istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.
2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Urologiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, F.Əhmədov Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğludur.

