ABŞ-ın Baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində adı çəkilən 300-dən çox tanınmış şəxsin adının siyahısını dərc edib.

Heftelik.az xəbər verir ki, bu barədə “Fox News” onun Konqres üzvlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

Məlumata görə, məktubda Ədliyyə Nazirliyinin Epşteyn işi sənədlərində ən azı bir dəfə adı çəkilən bütün sabiq və hazırkı vəzifəli şəxslər və ya siyasi cəhətdən güclü fiqurların adları yer alır.

Bunlara Britaniya şahzadəsi Harri, amerikalı televiziya aparıcısı və iş adamı Kim Kardaşyan, musiqiçilər Kurt Kobain, Brüs Sprinqstin və digər məşhurlar da daxildir.