Sərxoşluq hallarının müəyyən edilməsi tibbi müayinə yolu ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Müayinə yalnız həkim-narkoloq tərəfindən aparılır və təhqiqat, istintaq və məhkəmə qərarları əsasında da mümkündür. İşə götürənin və ya şəxsin təşəbbüsü ilə əlavə yoxlamalar həyata keçirilə bilər. Müayinə nəticələri münaqişə komissiyası tərəfindən yoxlanılır.
