“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.

Heftelik.az xəbər verir ki, bunu  “Qafqazinfo”ya Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib.

“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, – V.Qurbanov qeyd edib.

Xatırladaq ki, V.Qurbanovun işdən çıxarılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in sədri vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edildi – YENİLƏNİB