TƏBİB Vüqar Cavanşir oğlu Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib.

Heftelik.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

***

saat 14.47

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.

Bu barədə məlumatı Trend-ə TƏBİB-dən təsdiqləyiblər.

Qeyd edək ki, Vüqar Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi.

***

saat 13.58

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.

Heftelik.az “Bakupost”a istinadən xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Qeyd edək ki, V.Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi.