Bu gün TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilən Vüqar Qurbanovun şəxsi avtomobili və nömrəsinin fotosu yayılıb.

Heftelik.az Milli.az-a istinadən xəbər verir ki, Vüqar Qurbanovun şəxsi avtomobili 99-VJ-999 nömrəli BMV X7 markalı minik vasitəsidir. Vüqar Qurbanov avtomobilin nörməsini də təsadüfən seçməyib.
Sözügedən avtomobilin orta bazar dəyəri 250-300 min manatdır.
Bakupost.az
Qeyd edək ki, V.Qurbanovun vəzifədən azad olunması ilə bağlı rəsmi məlumat TƏBİB tərəfindən təsdiqlənsə də, qurum sədrinin niyə işdən çıxarıldığı açıqlanmayıb.
Son olaraq 2025-ci ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən TƏBİB-də yoxlamaların aparılması ilə bağlı məlumatlar yayılmışdı.
Vüqar Qurbanovun da vəzifədən azad olunmasının sözügedən yoxlamaların nəticəsi ilə əlaqəli olması istisna olunmur. İddialara görə, yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.