Sistem I səviyyədə sensorlar və kontrollerlər, II səviyyədə server və prosessorları, III səviyyədə dispetçer iş yerləri ilə təmin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Hər səviyyə öz funksiyalarını yerinə yetirməlidir. Dispetçer sistemi fövqəladə hallarda bütün alt sistemlərə əlçatan olmalıdır. Profilaktik-təmir dövrlərində idarəetmənin fasiləsizliyi təmin edilməlidir.