Yüksək binanın tikinti və istismar müddətində geotexniki monitorinq aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Monitorinq binanın özünü aparma tərzini izləmək və norma tələblərinə uyğun sapmaları vaxtında aşkarlamaq üçündür. Müşahidələr mövcud binaların və ətraf təbii mühitin qorunmasını təmin edir. Bu işlər ixtisaslaşmış elmi-tədqiqat təşkilatları tərəfindən aparılır.