Ali Məhkəmənin tərkibinə sədr, müavinlər və hakimlər daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Məhkəmə Plenumdan və kassasiya kollegiyalarından ibarətdir.
Mülki, kommersiya, inzibati və cinayət kollegiyaları fəaliyyət göstərir.
Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
