Binaların mərkəzi təhlükəsizlik idarəetmə məntəqəsi icazəsiz daxilolmalardan qorunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Məntəqənin konstruksiyaları odadavamlı olmalı və işçiləri atıcı silahlardan qorumaq imkanına malik olmalıdır. Təhlükəsizlik şəxsi heyət üçün yaxın yerləşgələr nəzərdə tutulmalıdır. Şəxsi heyətin hərəkəti maneəsiz olmalıdır.