Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən azad olunub.

Heftelik.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Oleq Əmirbəyov bir neçə gün əvvəl Akademik Rus Dram Teatrına direktor vəzifəsinə təyin edildiyi üçün vəzifəsindən azad edilib.