Monitorinq proqramı şəhərsalmanın əsaslandırmasından başlayaraq tikintinin bütün müddətini əhatə edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Proqram sifarişçinin texniki tapşırığına əsasən hazırlanır. Layihə sənədlərində “meydançada monitorinq sistemi” kimi müstəqil bölmə kimi daxil edilir. Bu sistem tikinti prosesini və deformasiya tendensiyalarını izləməyə imkan verir.