
Rusiyada hərbi komendantlıq binasında baş verən partlayışda ölənlərin sayı 3-ə çatıb.
Heftelik.az xəbər verir ki, vilayət qubernatoru Aleksandr Drozdenko bildirib ki, baş verən hadisənin səbəbləri araşdırılır.
O, zərərçəkənlərin xilas edilməsi üçün güc strukturlarına tapşırıq verdiyini də qeyd edib.
***
saat 16.42
Rusiyada hərbi komendantlıq binasında partlayış baş verib.
Heftelik.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Leninqrad vilayətinin Vsevolojsk rayonunda yerləşən hərbi komendantlığın binasında qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, dağıntılar altında daha bir neçə nəfərin qala biləcəyi bildirilir.
Partlayışdan sonra binanın ikinci və üçüncü mərtəbələrində uçqun baş verib, əlavə çökmə təhlükəsi qalır.
Hadisə yerinə təcili yardım və digər operativ xidmət əməkdaşları cəlb olunub.
Axtarış-xilasetmə işləri davam etdirilir.
