
Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olub-olmamasını müəyyən etmək üçün aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Könüllü yoxlamalarda diaqnoz həkim-narkoloq tərəfindən qoyulur. Təhqiqat və məhkəmə qərarı ilə aparılan yoxlamalarda isə həkim-məsləhət komissiyası qərar verir. Müayinə nəticələri müalicə planının hazırlanmasına əsas olur.
