Bir vaxtlar sosial şəbəkələrdə paylaşımlar edən influencer və ya bloger anlayışı bu gün artıq tək bir fəaliyyət sahəsini ifadə etmir. Əvvəlcə yalnız məzmun istehsal edən, izləyici toplayan və tövsiyələri ilə təsir yaradan bu şəxslər zamanla öz auditoriyalarını daha böyük məqsədlər üçün istifadə etməyə başladılar. Sosial media onların vitrinidirsə, biznes bu vitrinin arxasında qurulan əsas mexanizmə çevrildi.
Bu gün bir çox azərbaycanlı bloger və influencer paralel şəkildə restoran, geyim atelyesi, mebel mağazası, aksesuar brendi, gözəllik mərkəzi və ya şəxsi markasını idarə edir. Onlar öz adlarını və etibarlarını birbaşa məhsula və xidmətə çevirərək həm blogerliyini davam etdirir, həm də sahibkar kimi fəaliyyət göstərirlər. İzləyici artıq sadəcə baxan deyil, eyni zamanda müştəriyə çevrilir.
Heftelik.az Valyuta.az-a istinadən azərbaycanlı blogerlərin sahib olduğu biznesləri təqdim edir:
Ülvi Fatimə (Fatimə Əhmədova) “Siesta Baku” və “Kahkaha Women” restoranlarının sahibidir. O, hər iki restoranı Arzu.ja (Arzu Məmmədova) ilə birgə təsis edib.
Wefegm (Şəfəq Məmmədova) “Mimi Accesoriess”toy aksesuarları satışı edən mağazanın təsisçisidir.
Gunnerahim (Günel Rəhimova) “Parpar Lab”ın təsisçisidir. “Parpar Lab” gözəllik salonu kimi fəaliyyət göstərir.
Aysel.Şükür (Aysel Şükürova) “Woman`s Secret” gözəllik salonunun qurucusudur.
Aynurbabakhan (Aynur Babaxanova) “Darayı” brendinin qurucusudur. “Darayı Accessories” aksesuar mağazası kimi fəaliyyət göstərir və müxtəlif ünvanlarda filiallara malikdir.
Hllyblog (Həmayıl Ələsgərova) “Cheers Cafe Baku” restoranının və “Hot and Cutee” ziyafət geyimləri mağazasının sahibidir. O, bu biznesləri Nadjiba (Nəcibə Əhmədli) ilə birgə təsis edib.
Sabiorudjeva (Səbinə Orucova) “Djeva” brendinin təsisçisidir. “Djeva” geyim mağazası kimi fəaliyyət göstərir.
Arzum_vl (Arzum Kərimli) “Arzum_beauty” kosmetika mağazalar şəbəkəsinin təsisçisidir.
FidanZeynn (Fidan Zeyn) “Roozi_Kulinariya” biznesinin sahibidir. Müəssisədə əsasən milli mətbəx nümunələri təqdim olunur.
Narmin_kazymzade (Nərmin Kazımzadə) “Cute Home” mebel mağazasını təsis edib.
By_aynur_ (Aynur Xəlilova) “By_Aynur_Khalilova” geyim atelyesinin təsisçisidir.
Aslanovasya (Asya Aslanova) “Asylo Couture” moda evini təsis edib.
Momslifee_ (Nərmin Oktaylı) “Cion Couture” uşaq geyimləri brendinin sahibidir.
By_aitanfarzaliyeva (Aytən Həmidli) “Luminosa Couture” geyim atelyesini təsis edib.
100beyova (Xatirə Yüzbəyova) “Dolu Plussize” böyük bədən geyimləri biznesinin sahibidir.
