Maliyyə, bank və investisiya xidmətlərinin reklamında hüquqi və fiziki şəxslərin tam məlumatı göstərilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Reklam haqqında” qanunda əksini tapıb.

Gələcəkdə qazanc vəd etmək, riskləri gizlətmək və ya qeydiyyatdan keçməyən qiymətli kağızları reklam etmək qadağandır. Reklamın doğruluğu təmin olunmalıdır.