Quyular, şaxtalar, tunellər ölçüləri 250×250 mm və daha iri giriş oyuqları ilə qorunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Qapaqlar bağlayıcı başlıqlarla və mühafizə siqnalötürücü sistemi ilə təchiz edilməlidir. İnsanların icazəsiz keçməsinə qarşı polad qəfəs sistemi quraşdırıla bilər. Bu tədbirlər fövqəladə hallarda təhlükəsizliyi təmin edir.
