Bu gün saat 10:30 radələrində Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Heftelik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Pasiyent ixtiaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta-ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

saat 11.40

Bu gün işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

Çobanov Vasif rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.