Binalarda xidmət heyəti və kənar şəxslərin daxilolması məhdudlaşdırılmış zonalar nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxil ola bilən zonalar məsuliyyət səviyyəsinə uyğun təsnifatlandırılmalıdır. Nəzarət olunan obyektlər müvafiq texniki vasitələr ilə qorunmalıdır. Zonalara ümumi, yeraltı, yüksək hissə, dispetçer, texniki və açıq meydançalar daxildir.
