Fövqəladə hallarda binadan təxliyyənin idarəolunma sistemi aktiv olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Təxliyyə sistemi bağlı qapıları açaraq təhlükəsiz çıxışı təmin etməlidir. İnsanlar təxliyyə yolları haqqında məlumatlandırılmalıdır. Yollar elektron məlumatlandırma və müstəqil qidalanan lampalarla təchiz olunmalıdır.
