Fövqəladə hallarda binadan təxliyyə sistemi kompleks təhlükəsizliyə inteqrasiya olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Təxliyyə yollarında bağlı qapılar sərbəst açılmalıdır. Yolların istiqaməti və məlumatlandırma sistemləri təmin olunmalıdır. Elektron işıqlandırma və müstəqil enerji mənbələri tətbiq edilməlidir.
