Sülh sözünün böyük hərflərlə yazıldığı fonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxışıblar. İlk baxışda təsadüf kimi görünən bu detal əslində dərin simvolik məna daşıyır.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.

Hikmət Hacıyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təsisçi üzv kimi “Sülh Şurası”nın ilk iclasında iştirak edir: “Sülh Şurası”nın qurucu sədri kimi çıxış edən Prezident Donald Tramp Azərbaycan–Ermənistan sülh gündəliyinin əhəmiyyətini bir daha vurğuladı”.