18 yaşına çatmamış şəxslərə spirtli içkilər və tütün məmulatlarının satışı qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Narkoloji xidmət və nəzarət haqqında” qanunda əksini tapıb.
Spirtli içkilərin qabları üzərində onların insan səhhətinə mənfi təsiri qeyd olunmalıdır. Peşə fəaliyyəti yüksək riskli şəxslər tibbi müayinədən keçməlidir. Hərbi xidmətə çağırılanlar da icbari narkoloji müayinədən keçirilir.
