Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırılır.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan layihədə əksini tapıb.

Parlamentin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarına təklif edilən dəyişikliyə əsasən, aşağıdakı parlamentlərarası İşçi qruplarının formalaşdırılması təklif edilir:

Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;

Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu – Qurbanov Eyvaz Daşdəmir oğlu;

Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;

Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu;

Bununla bərabər, Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunun sədri dəyişir, Ramil Həsəni Vasif Qafarov əvəzləyir.