Bakıda gömrük terminalında meyit tapılıb.

Heftelik.az APA-ya istinadən xəbər veir ki, hadisə fevralın 19-da qeydə alınıb.

Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.