Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq əhalinin sağlamlığının qorunmasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.

Qanun zərərli vərdişlərin profilaktikasına yönəlib. Həmçinin uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı üçün hüquqi əsaslar müəyyən edir. Qanun tütün məmulatlarının və tüstünün ətraf mühitə ziyanlı təsirlərini azaltmağa xidmət edir.