İbtidai sinifdə hər bir uşaq ibtidai təhsilini Azərbaycan dilində alsın.
Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Uşaq hüquqları haqqında qanunun 25-ci maddəsində uşaqların keyfiyyətli təhsil almaq hüququ təsbit olunur: “Burada əlavə bəndə ehtiyac var. Azərbaycan dilini qorumalıyıq. Dil məsələsi sadəcə ünsiyyət yox, həm də təfəkkür məsələsidir. 1995-ci ildə dil məsələləri müzakirə olunanda Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan dili çox gözəl dildir, çox zəngin dildir, çox ləzzətli dildir. Azərbaycanda başqa dillərdə təhsil alan uşaqlar böyüyəndə Ulu öndər dediyi kimi bu dilin ləzzətini ala bilmirlər, çünki onların təfəkkürü başqa dil əsasında formalaşır. Ona görə təklif edirəm ki, ibtidai sinifdə hər bir uşaq ibtidai təhsilini Azərbaycan dilində alsın. Rus, ingilis məktəbi fərq etmir. Uşaqlar ibtidai təhsili Azərbaycan dilində almaqla bağlı bənd 25-ci maddəyə əlavə edilsin”.
