İctimai nəqliyyat vasitələrində tütün çəkilməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Qadağa avtobuslara, taksilərə və sərnişindaşıma ilə məşğul olan digər nəqliyyat vasitələrinə şamil olunur. Metro stansiyaları və vaqonlarda da siqaret çəkmək olmaz. Məqsəd sərnişinlərin sağlamlığının qorunmasıdır.
