Moskvada yaşadıqları binanın qarşısında meyiti tapılan azərbaycanlı ər-arvad Azərbaycana gətirilərək dəfn olunub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, cütlüyün nəşi gecə saatlarında Ucar rayonunun Rəstəcə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə bir neçə gün öncə Novoya Moskva ərazisində yerləşən “Salaryeva Park” yaşayış kompleksində baş verib.

Bizneslə məşğul olan cütlük bir müddət əvvəl Xantı-Mansi Muxtar Dairəsindən Moskvaya gəlib. 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir. Həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır.

Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V. Nağıyev 10 il əvvəl işləmək məqsədi ilə Rusiyaya gedib.