Milli Məclisə seçkilərdə namizədlərin və siyasi subyektlərin seçki fondlarının xüsusi hesabında qalan vəsaitin taleyi müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Qalan pul vəsaiti müvafiq seçki komissiyasının yazılı göstərişinə əsasən köçürülməlidir.
Köçürmə səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına həyata keçirilir.
