Vahid seçki fondu yaradan siyasi partiyanın və ya siyasi partiyalar blokunun birmandatlı dairələrdə qeydiyyatdan keçən namizədlərinin sayı 60 və ya daha az olduqda xüsusi seçki hesabı bağlanır.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün ayrıca xüsusi seçki hesabı açılır.
Vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.