Yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatlarının satışı qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Onlara tütün məmulatı almaq, vermək və istifadəyə cəlb etmək qadağan edilir. Satıcı alıcının yaşını təsdiqləyən sənəd tələb etməlidir. Sənəd təqdim edilmədikdə satışdan imtina olunmalıdır.
