Ağstafada fermada kişi meyiti aşkarlanıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.

Rayon sakini 1982-ci il təvəllüdlü F. Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.