ABŞ Prezidenti Donald Trampın iqamətgahına daxil olmağa cəhd edən silahlı güllələnərək öldürülüb.

Heftelik.az “Fox News”-a istinadən xəbər verir ki, bazar günü səhər tezdən 20 yaşlarında olan bir kişi Prezident Donald Trampın Floridanın Palm Biç şəhərində yerləşən Mar-a-Laqo iqamətgahının mühafizə olunan perimetrini pozduqdan sonra güllələnərək öldürülüb.

ABŞ Məxfi Xidmətinin məlumatına görə, hadisə təxminən saat 01:30 radələrində baş verib. Həmin şəxs şimal qapısı yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq qabı ilə müşahidə olunub. Məxfi Xidmət əməkdaşları kişini saxlamaq istəyərkən atəş açılıb və o, hadisə yerində ölüb.

ABŞ Məxfi Xidmətin əməkdaşları xəsarət almayıb.