Hava nəqliyyatı, dəmiryolu qatarları və su nəqliyyatında tütün istifadəsi qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.

Hava və dəniz limanlarının inzibati binalarında da bu qadağa tətbiq olunur. Dəmir yolu vağzalları və avtovağzallar da siyahıya daxildir. Qanun geniş ictimai məkanları əhatə edir.