Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Elşən Mahmudbəyli sosial şəbəkə hesabında videomüraciət yayıb. O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmməzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər:
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, müraciət üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır: “Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq”.
