Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulan hallarda qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
MSK-nın qərarından rəsmi dərc edildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
Apellyasiya və Ali Məhkəmədə şikayətlərə baxılması üçün 15 günlük müddət müəyyən edilib.
