UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir.
Heftelik.az xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” səfərdə “Nyukasl”ın qonağı olacaq.
“Atletiko” Madriddə “Brügge”ni qəbul edəcək. Bu komandalar arasındakı ilk görüş heç-heçə başa çatıb.
Digər oyunlarda “Bayer 04” “Olimpiakos”la, “İnter” isə “Budyo Qlimt”lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
24 fevral
21:45. “Bayer 04” (Almaniya) – “Olimpiakos” (Yunanıstan)
İlk oyun – 2:0
00:00. “İnter” (İtaliya) – “Budyo Qlimt” (Norveç)
İlk oyun -1:3
00:00. “Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
İlk oyun – 6:1
00:00. “Atalanta” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 0:2
Qeyd edək ki, pley-off mərhələsinin digər görüşləri sabah baş tutacaq.
