Çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində siqaret çəkmək olmaz.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb.
Liftlərdə də tütün istifadəsi qadağan edilir. Bu tələb bina sakinlərinin sağlamlığını qorumağa yönəlib. Ümumi sahələrdə tüstüsüz mühit təmin olunmalıdır.
